Azərbaycanda orta məktəb müəllimi özünü asıb. Hadisə Biləsuvar rayonunun Bəydilli kəndində qeydə alınıb. Kənd sakini 31 yaşlı Esmira Həsənova bu gün gecə saatlarında özünü yaşadığı evdə asıb. O, intihar etməmişdən əvvəl məktub yazaraq həyatından və problemlərdən bezdiyini, ölümündə heç kimin günahkar olmadığını bildirib.
E.Həsənova Çaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirmiş (bakipost.az).
Qafqazinfo.az xəbər verir ki, E.Həsənova 10 ildir ailəli imiş və övladı olmurmuş.