AXCP sədri Əli Kərimli partiyasının və Milli Şuranın üzvləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etməklə ötən ilin aprel döyüşlərində şəhid olmuş hərbçilərimizi yad edib. Aprel şəhidlərinin vahid məzarlığı, yaxud xatirə abidəsi olmadığı üçün anım mərasimi Şəhidlər Xiyabanında keçirilib.
Ziyarətçilər həmçinin, Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanda şəhid olmuş türk əsgər və zabitlərinin şərəfinə ucaldılmış abidəni də ziyarət edib.
Mərasimdə AXCP sədri Əli Kərimli çıxış edərək aprel döyüşlərinə qiymət verib.