Türkiyə tərəfindən uzun zamandır ölkəyə qaytarılması tələb edilən Fətulla Gülənin ABŞ-dan Kanadaya gedəcəyi iddiaları yayılıb. Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Gülənin Kanadaya qaçacağı iddiaları ilə bağlı məlumatlara münasibət bildirərək deyib: “Kəşfiyyat qrupumuzun bu məsələ ilə bağlı ciddi məlumatları var. Biz bu məlumatları ABŞ Ədliyyə Nazirliyinə çatdırdıq. Kanadada böyük bir plantasiya ərazisi aldıqlarını və buraya keçid üçün hazırlıqlara başladığını bilirik. Tramp rəhbərliyi iş başına gəldikdən sonra Kanadada hazırlıqlar sürətləndirilib. Hara gedərsə-getsin Türkiyə izini buraxmayacaq ” deyib.
azadliq.info