GUAM-a üzv ölkələr (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Azad Ticarət Zonası yaradılması barədə sazişə tərəflərin hərəkətlərinin koordinasiyası işçi orqanının yaradılması üzrə əlavə protokolu, eləcə də GUAM-a üzv ölkələrin dövlət sərhədindən keçən malların və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqqında protokolu imzalayıblar.
Müvafiq protokollar Kiyevdə GUAM hökumət başçılarının görüşü zamanı imzalanıb.
Qeyd edək ki, iclasda Azərbaycanın baş nazirinin müavini İsmət Abasov iştirak edir.