Bolqarıstanda milliyyətçi qrupun etiraz aksiyası haqqında yazmaq istəyən Türk jurnalistlərin ölkəyə girişinə icazə verilməyib. Türk seçicilərin öz ölkələrində səs verməsini istəməyən bir qrup bolqar millətçisi yol bağlamaqla aksiya keçirib. Bu aksiyadan yazmaq məqsədiylə sərhəd qapısına gələn Ədirnəli Türk jurnalistlər Kapıkule sərhəd qapısından Kapitan Andreevo sərhəd darvazasına keçib.
Burada vəzifəli gömrük məmuru jurnalistlərə “aksiya səbəbiylə” keçid icazəsi verilməyəcəyini bildirib. Bunun beynəlxalq müqavilələrə zidd olduğunu ifadə edən jurnalistlərin sərhədi keçmək istəyi yerinə yetirilməyib.
azadliq.info