Macarıstanın Baş naziri Viktor Orban Avropanı Türkiyəyə qarşı dürüst davranmamaqda tənqid edib. Orban Avropanın bir tərəfdən təhlükəsizliyini Türkiyəyə əmanət edib, digər tərəfdən sıx bir şəkildə tənqid etməsinin səhv olduğunu söyləyib.
Mühacirlərə və sığınacaq axtaran şəxslərə qarşı sərt siyasət yürüdən Macarıstanın Baş naziri Viktor Orban Serbiya sərhədinə ikinci tikanlı tel xəttinin çəkiləcəyini açıqlayıb. Xəttin may ayının sonuna qədər yaradılmacağını ifadə edən Orban, bu şəkildə Türkiyədən gələ biləcək yeni mühacir dalğalarına qarşı mühafizə təmin edilmiş olacağını bildirib.
AB-nin Türkiyəyə münasibətinə də etirazını bildirən Orban “bir tərəfdən türkləri tənqid edib, digər tərəfdən sığınmaçıların durdurulması üçün yalnız Türkiyəyə bel bağlamaq AB-nin səhvidir” deyib.
Dövlət radiosunda danışan Orban “təhlükəsizliyimizi Türklərin əlinə təslim edib, sonra onlara hücum edib, demokratik olmamaqda tənqid edərək problem yaratmaq çox da ağıllı bir siyasət deyil” söyləyib.
azadliq.info