Səudiyyə krallığının müdafiə naziri Məhəmməd İbn-Salman əl-Səud ABŞ prezidenti Donald Trampı müsəlmanların həqiqi dostu adlandırıb.
Nazir bu bəyanatı Trampla görüşündən sonra səsləndirib.
Məhəmməd İbn-Salman ABŞ prezidentinin qalmaqallı immiqrasiya fərmanını (İran, Somali, Sudan, Yəmən, Suriya və Liviya vətəndaşlarının Amerikaya girişini qadağan edən) da alqışlayaraq bu addımına görə onu tərifləyib.
Nazirin fikrincə, Tramp bu yolla terrorçuların Birləşmiş Ştatlara girişinin qarşısını almış olub.
Görüşdən yüksək təəssüratla ayrıldığını deyən Məhəmməd İbn-Salman Trampın İslam dininə yanaşmasından razı qaldığını bildirib.
Onun fikrincə, bu yanaşma heç də KİV-lərdə təqdim edildiyi kimi deyil:
“ABŞ prezidenti müsəlman aləmi ilə ciddi şəkildə əməkdaşlıq etməyi düşünür. O, müsəlmanların həqiqi dostudur və müsəlman aləminə xidmət edəcək”.
Gültəkin