Bloomberg-in 7-8 Martda 45 iqtisadçının iştirakı ilə reallaşdırdığı bir sorğudan çıxan təxminləriə görə, 2017-ci ildə Fed-in 3 dəfə (Mart, İyun və Dekabr aylarında) hər birində 0.25%-lik faiz artıracağı gözlənilir.
“Marja” xəbər verir ki, Fevral ayında keçirilmiş sorğuda, iştirakçılar bu il 1 dəfə faiz artırılacağını düşünürdü. İndiki təxmin isə Fed-in Dekabr təxmini ilə uyğundur.
Eyni zamanda sərmayəçilər də ehtimallarını artırıblar. 2017-ci ildə üç dəfə və ya daha çox faiz artırırılacağı ehtimalı 1 Martda ilk dəfə 50% səviyyəsini aşmışdı. 13 Mart Bazar ertəsi günü etibarilə, faiz artrımına gedilməsi ehtimalı 100 səviyyəsindədir.
“Standart Chartered Bank”ın ABŞ iqtisadçısı Tomas Costerg, “Fed xoşbəxtdir. Fed və sərmayəçilər ilk dəfə eyni düşüncədədirlər. Bu yaxşı xəbərdir, çünki volatilliyin aşağı qala biləcəyi mənasını verir”- deyə bildirib.