Danimarkanın Birselke bölgəsində tarix imtahanı üçün araşdırma aparan bir tələbə İkinci Dünya Müharibəsində düşən bir təyyarənin dağıntılarını tapıb. Təyyarə dağıntılarını içindəki Alman pilot ilə birlikdə tapan Daniel Dom Kristiansen bu tapıntını atasının “get də, bu tarlaya düşdüyü deyilən təyyarəni tap” deməsindən sonra üzə çıxarıb. Baba Klaus Kristiansen babasının müharibədə bölgəyə bir alman təyyarəsinin düşdüyünü söyləmişdi.
Ata Kristiansen əyləncəli olacağını düşündüyü üçün, oğlu ilə birlikdə bir metal detektor alaraq əraziyə çıxıb dağıntıları axtarmağa başlayıb. Dağıntının parçalarını detektorun köməyi ilə tapdıqdan sonra, onlar qazıntıda pilotun sümüklərini görüb və yerli səlahiyyətlilərə xəbər veriblər. Polis, bombaların zərərləşdirməsi qrupları və Almaniya Konsulluğunun əməkdaşları qazıntı sahəsinə gəlib. Təyyarənin müharibədə qəzaya uğrayan “Messerschmidt Bf 109” olduğu açıqlanıb.
azadliq.info