Türkiyə mərkəzi ofisi Amerikada yerləşən yardım təşkilatı “Mercy Corps”un fəaliyyətini dayandırıb. Suriyada ən fəal yardım təşkilatı olaraq çalışan “Mercy Corps”un Türkiyədəki fəaliyyətlərinin hökumət tərəfindən dayandırılmasına təşkilatdan və ABŞ Xarici işlər nazirliyindən reaksiyalar gəldi.
Türkiyə hökumətinin fəaliyyətlərini səbəb göstərmədən dayandırdığını söyləyən “Mercy Corps”un sözçüsü Christine Bragale bu gün təşkilatın internet saytında də açıqlama yayıb. O, “Türkiyə və digər tərəfdaşlarla beş illik əməkdaşlığın ardından hadisələrin bu nöqtəyə gəlməsi ürəklərimizi parçalayır” deyib. Bragale Türkiyə hökuməti ilə dialoqu davam etdirməyə çalışacaqlarını, Ankaranın qərarını dəyişdirəcəyinə ümid bəslədiklərini bildirib. Türkiyə hökumətinin “Mercy Corps”un fəaliyyət icazəsini hansı səbəblə ləğv etdiyi mövzusunda isə hələ rəsmi bir açıqlama yoxdur.
ABŞ Xarici İşlər Nazirliyindən də “Mercy Corps”un Suriyada çətin vəziyyətdəki qaçqınlara humanitar yardımı çatdırılmasında “qiymətli bir ortaq” olduğu bildirilib. Suriyada 2013-cü ildən bu yana yardım fəaliyyətlərini davam etdirən “Mercy Corps” ayda 350- 500 min arasında insana kömək çatdırdığını söyləyir.
2014-cü ilin aprel ayında Suriya hökuməti tərəfindən fəaliyyətləri qadağan edilən “Mercy Corps” o tarixdən bəri hökumətdən kənar sahələrə yardım çatdırır. Təşkilat Türkiyədəki suriyalı qaçqınlara da yardım göstərir və təkcə 2016-cı ildə bura sığınmış 100 min suriyalı qaçqına kömək çatdırdığını vurğulayır. Təşkilat dünya səviyyəsində 40 ölkədə fəaliyyət göstərir və yalnız keçən il müharibələrdən, fəlakətlərdən zərər çəkmiş 30 milyon insanla işlədiklərini deyir.
azadliq.info