Lerik rayonunda qar uçqunu nəticəsində bir ailənin 4 üzvü dünyasını dəyşib. Hadisə rayonun Orat kəndində qeydə alınıb.
Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan iksinin xilas edildiyi bildirilir. Artıq dünyasını dəyişən ailə üzvlərinin adları məlum olub.
Onlar Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri – 20015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayevdir.