İranın Azərbaycandakı səfirliyi Hüccətülislam Məhəmməd Hadi Fəridi Əsrin Azərbaycana buraxılmaması ilə bağlı bəyanat yayıb.
APA-nın məlumatına görə, səfirliyin açıqlamasında qeyd olunub ki, Məhəmməd Hadi Fəridi Əsr xidməti pasportla Bakının “Heydər Əliyev” beynəlxalq hava limanına daxil olduqdan sonra xidməti pasportu olanlar üçün vizanın ləğvinə dair İran və Azərbaycan arasında mövcud olan anlaşmanın müddəalarına zidd olaraq Bakı hava limanından qaytarılıb. Açıqlamada bildirilir ki, Fəridi Əsr ali dini rəhbər Ayətullah Xamneyinin nümayəndəsi deyil, özü ilə heç bir mesaj da gətirməyib. Sırf məzuniyyətinin başa çatması ilə əlaqədar xidmətini davam etdirmək məqsədilə Bakıya qayıdırmış.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə APA-ya açıqlamasında Fəridi Əsrin geri qaytarılmasının Azərbaycan qanunvericiliyi çərçivəsində baş verdiyini deyib.