Hava şəraiti ilə əlaqədar bu gün Yunanıstanda bütün məktəblər qapadılıb.
Ötən həftədən başlayan qarlı-şaxtalı havaya görə artıq ölkənin bir neçə bölgəsində fövqəladə vəziyyət elan olunub.
Meteoroloqlar yaxın günlərdə havanın daha da pisləşəcəyini proqnozlaşdırıblar.
Yunanıstanda məktəblərin və əksər evlərin bu cür hava şəraitinə hazır olmadığı bildirilir. Artıq ölkədə iki nəfər donvurmadan həyatını itirib.
Gültəkin