“Bu gün bəzi KİV tərəfindən guya Suriyaya silah satan ölkələr sırasında Azərbaycanın da adının olduğu barədə xəbərlər yayılıb. Bu, tamamilə yanlış məlumatdır və həqiqətə uyğun deyil. Biz bu məlumatları qəti şəkildə təkzib edirik”. APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
O, bəzi ölkələrin Suriyadan səfirlərini geri çağırması fonunda Azərbaycanın da analoji addım atıb-atmayacağı barədə sualı da cavablandırıb: “Hazırda bununla bağlı Azərbaycan dövlətinin hər hansı qərarı yoxdur. Ancaq təbii ki, biz Suriyadakı vəziyyəti yaxından izləyirik, səfirliyimizlə də bu məsələlərlə bağlı əlaqələndirmələr aparırıq. Hər hansı qərar qəbul edilərsə, bu barədə məlumat veriləcək”.