Avstriya şirkəti əməkdaşının Bakıda həbsdən qurtulmaq üçün 200 min avro ödədiyi iddia olunur
Avstriyanın “Der Standard” qəzeti ölkənin OEBS bankı ilə Azərbaycan Mərkəzi Bankı arasında imzalanmış əməkdaşlıq sazişinin pərdəarxası məqamlarını yenidən qabardıb.
Qeyd edək ki, Avstriya mediasında sözügedən sövdələşməylə bağlı mütəmadi məqalələr yayımlanıb. Budəfəki məqalədə çirkli pulların yuyulmasına görə OEBS-nin əməkdaşının Bakıda həbs olunmasına toxunulub.
“Der Standard” yazır ki, əskinasların nəşri üzrə şirkətin meneceri çirkli pulların yuyulması və rüşvət alma ittihamıyla üzləşdiyinə görə Avstriyadan qaçdıqdan sonra onun Azərbaycanda olduğu müəyyənləşib. Ötən il Azərbaycana qaçan həmin şəxs Bakıda həbs olunub. OEBS-nin keçmiş menecerinin azadlığa buraxılması üçün Azərbaycan tərəfinə 200 min avro rüşvət ödədiyi iddia olunur.
Informasiya şöbəsi