Facebook saytında şəbəkə ilə yayılan virus aşkarlanıb. Virusun təhlükəli xüsusiyyəti kompyuterdə quraşdırılan antivirusun fəaliyyətini bloklamasıdır. Troyan proqramı olan virus daxili mesajlarla yayılır və virusa yoluxmuş istifadəçi adından göndərilir.
Virus bu keçidlə yayılır: May09-Picture18.JPG_www.facebook.com.zip
İstifadəçi keçidi açdığı halda proqram işləməyə başlayır, antivirusu bağlayaraq məlumatı kənara ötürür. Virus həmçinin isitifadəçinin işlətdiyi Facebook, Myspace, Twitter, WordPress, Meebo kimi sosial şəbəkələrdən şəxsi məlumatları oğurlayır.
Facebook sosial şəbəkəsi çox populyar olduğundan virus proqramları ondan daha tez yayılır. Daha əvvəl istifadəçilərin hesabını bloklayan və hesabın təkrar açılması üçün pul tələb edən “Carberp” virusu yayılmışdı.
azadliq.info