Ermənistanın eks prezidenti parlament seçkilərinin nəticələriylə barışmaq fikrində deyil
Ermənsitanda mübahisəli parlament seçkiləri arxada qalsa da, ölkə müxalifəti nəticələrlə barışmaq fikrində deyil. “Erməni milli konqresi”nin lideri, ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan proporsional siyahıdakı yerindən və deputat mandatından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayıb.
Mərkəzi seçki komissiyasından verilən məlumata görə, “Orinats erkir” partiyasının lideri, Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan, həmçinin “Orinats erkir” partiyasından olan nazirlər – Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan və fövqəladə hallar naziri Armen Eritsyan da proporsional siyahıdakı yerlərindən imtina ilə bağlı ərizələrini veriblər.
azadliq.info