İtaliya polisi növbəti dəfə Qəzzafinin əmlakını müsadirə edib. Bu dəfə onun 20 milyon avro dəyərində otel kompleksi və italyan adası Pantelleriyadakı ərazisi alınıb.Əmlakın müsadirəsinə Roma apelyasiya məhkəməsi qərar verib.
Daha əvvəl ölü diktator Qəzzafinin “Yuventus” klubunda, İtaliyanın bank, sənaye, neft müəssələrindəki səhmləri müsadirə edilmişdi. Hər iki qərar Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə həyata keçirilib.
azadliq.info