İsrailin “Haaretz” qəzeti bu ölkənin Suriya siyasətinin dəyişdiyini yazır. Qəzətin məlumatına görə, İrail hərbi kəşfiyyatının sədri general Aviv Koçavi iki həftə əvvəl ABŞ-a gizli səfər edib. Ağ Ev, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın Müdafiə Nazirliyi ilə görüşən general Suriya məsələsində anlaşıb. İndiyəcən Bəşər Əsəd rejiminin qalması İsrailin mənfəətinə uyğun idi. Artıq Bəşər Əsədin hakimiyyətdən getməsinin daha faydalı olacağı razılaşdırılıb.
ABŞ üçün Əsədin hakimiyyətdən getməsi artıq vaxt məsələsidir. Son həftələrdə ABŞ-ın dəstəyi ilə vuruşan suriyalı müxaliflər edilən maddi yardım və silahların miqdarı artırılıb.
azadliq.info