Şəmkir rayonunun sabiq içra başçısı Aslan Aslanovun oğlunun ölümündə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə çəzasına məhkum edilmiş Vüqar Əliyev yenidən karserə salınıb. Bu barədə Azadliq.infoya məhkumun anası Məlahət İsmayılova məlumat verib: “Qobustandakı qapalı həbsxanada oğluma əlavə olaraq bir il cəza verilmişdi. Noyabrın 16-da Bakı Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxladı. Vüqar özü də məhkəmə də iştirak edirdi. Aclıq aksiyası keçirdiyindən vəziyyəti heç də yaxşı deyildi. Məhkəmə bitdikdən sonra Vüqar yenidən Qobustana qaytarılıb və noyabrın 18-də ona 12 sutkalıq “kars” cəzası verilib”.
Məlahət İsmayılova məsələ ilə bağlı Pentensiar Xidmətin Əməliyyat Rejim idarəsinin rəisi Mirsaleh Ağayevi məlumatlandırıb. Amma Pentensiar Xidmətdən verilən cavabın onları qane etmədiyini də bildirib. “Bu Avropa İnsan haqları məhkəməsində Vüqarın işinə baxılmasına görə ona qarşı yeni təxribatların hazırlanmasının göstəriçisidir”,-deyə Vüqar Əliyevin anası bildirib.
azadlıq.info