Hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli 6 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Bu barədə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, S.Şəkərlinin səhhəti nisbətən sabitləşdiyindən o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə qaytarılıb. Amma hazırda cəzaçəkmə müəssisəsində həkim nəzarətində saxlanılır.
Qeyd edək ki, S.Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. O, istintaq dövründə də saxlanıldığı 1 saylı Bakı İstintaq təcridxanasında səhhətində problem yarandığı üçün Müalicə müəssisəsinə köçürülmüşdü və bir neçə ay orada müalicə olunmuşdu. (Trend)