Milyardları oğurlayabnlar azadlıqda, Faiq Əmirli, Fuad Əhmədli zindandadır
Dövlətin imicinə xələl gətirən, rüsvayçılıqlarla zəngin olan məhkəmə prosesləri davam edir. Bu gün Nəsim rayon məhkməsində AXCP sədrinni köməkçisi Faiq Əmirlinin və AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Faiq Əmirlinin məhkəmə prosesi keçirilib. Məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin 2 ay uzadılmasına qərar verib. İttiham o qədər absurddur ki, həbs qətimkan tədbirinni vaxtını uzatmaqdan başqa çarə yoxdur. Bilirlər ki, məhkəmədə faktlar ortaya qoyulacaq və hökumət növbəti dəfə ifşa olunacaq.
Xatırladaq ki, Faiq Əmirlir və Fuad Əhmədli “Gülənçi” ittihamıyla həbs ounublar. Guya, Faiq Əmirlinin maşınından, Fuad Əhmədlinin isə evindən Fətullah Gülənin kitablarını tapıblar. Amma az keçmədi məlum oldu ki, bu kitabların ön söz yazanı baş prokuror Zakir Qaralovun əmisi, redaktə edəni isə prezidentin vəkili Rəşad məciddir. Digər faktlar da göstərdi ki, ən böyük Gülənçi bu hökumətin başında oturanlardı.
Həmişəki kimi bu dəfə də hökumətin cəbhəçilərə qarşı şər kampaniyası bumernaq effekti verdi. Bu adamalra qarşı irəli sürülən ittihamları nə beynəlxalq aləm, nə də ölkə ictimaiyyəti qəbul etdi. Ona görə də Faiq Əmirli və Fuad Əhmədli barəsində yeni ittiham axtarmaqla məşğuldular. Əvvəlki ittihamın gülməli olduğunu özləri də başa düşüb. Qeyd edək ki, Faiq Əmirli “Azadlıq” qəzetinin maliyyə direktorudu. Vəziyyət o həddə çatıb ki, illər öncə “Azadlıq” qəzetində başsağlığı, ad günü təbriki verən aamalrı da dindirməyə başlayıblar. Çalışırlar ki, Faiq Əmirliyə qarşı vergidən yayınma ittihamı düzəltsinlər. Məsələ burasındadır ki, “Azadlıq” qəzetində başsağlıqları, təbriklər, elanlar pulsuz gedir. Yəqin hökumət çalışacaq ki, yalançı şahidlər düzəltsin. Amma başqa məhkəmələrdən də görünür ki, yalançı şahidlər məhkəmə zalında ifşa olunur. Ona görə də şərin bütün ssenariləri puç olacaq.
Amma məsələnin maraqlı tərəfi budur ki, hökumət milyonlarla mənimsəmə faktlarını, korrupsiya cinayətlərini kənara qoyub, Faiq Əmirlinin fəaliyyətində qəpi-quruş axtarır. İndiki vaxta prokururluq, DİN, DTX tamam fərqli işlərin dalınca düşməlidir. “Nardaran işi” məhkəməsində dəhşətli faktlar üzə çıxıb, Beynəlxalq bankla bağlı məhkəmədə Maliyyə naziri milyonları mənimsəməkdə ittiham edilib, Akif Çovdarovla bağlı hər gün yeni cinayət əməlləri aşkarlanır, Rabitə nazirliyindəki mənimsəmə faktları mətbuatın gündəminə çevrilib və.s
Aidiyyatı qurumlar bu işlər üzrə araşdırma aparmaq, günahkarları məsuliyyətə cəlb etmək əvəzinə, günahsız adamların izinə düşüb. “Azadlıq” qəzetinə başsağlığı verənləri dindirməyə çağıranlar, Eldar Mahmudovu, Samir Şərifovu, Nardaran məhbuslarına işgəncə verənləri niyə məsuliyyətə cəlb etmir?
Faiq Əmirlini şərləmək, Fuad Əhmədliyə ləkə yaxmaq nəyi dəyişəcək? Bu şərləmələr mübarizəni dayandıracaq, yoxsa insanlarda qorxunu gücləndirəcək? Hökumət yalnız absurdlara imza atmaqla məşğuldu.
3 aydır ki, Faiq Əmirlinin və Fuad Əhmədlinin işi üzrə heç bir istintaq aparılmır. Gözə girən cinayətlər ortalıqda qalıb, gözə dəyməyən cinayətin axtarışına çıxıblar.
Bu ölkədə məhkəmə də, prokurorluq da, qanunlar da qisas alətinə çevrilib.Azərbaycanın bu vəziyyətə düşməsi ölkənin bu qədər iyrənc təfəkkürlə idarə olunmasıyla bağlıdır.
Samir