OPEK üzvləri arasında fikir ayrılığı neftin qiymətinin ucuzlaşmasına səbəb olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.
İraq hasilatın azaldılması öhdəliyindən azad edilməsini istəyir. Bunu ölkənin neft naziri Cabbar əl-Ləibi deyib. Onun sözlərinə görə, dövlət İŞİD-lə mübarizədə əlavə vəsaitə ehtiyac duyur.
Agentliyin məlumatına görə, hasilatın azaldılması ilə bağlı təfərrüat məlum olmayana qədər neftin qiyməti indiki səviyyədə qalacaq.
azadlıq.info