ABŞ-ın nüfuzlu kəşfiyyat-analitik mərkəzi «Stratfor» Birləşmiş Ştatlarla Rusiyanın mümkün hərbi qarşıdurması barədə proqnozunu açıqlayıb.
Mərkəzin ekspertləri hesab edir ki, ilin sonuna doğru iki ölkə arasında hərbi qarşıdurma riski böyüyəcək: «ABŞ İraqın Mosul şəhərində İŞİD-ə qarşı hücumları artıracaq. Rusiya diplomatik mübahisələrdən imtina edərək hərbi taktikadan istifadəni davam etdirəcək.
Barak Obamanın səlahiyyət müddətinin bitməsinə az qaldığı üçün ABŞ hazırda konstruktiv sövdələşməyə hazır deyil».
«Stratfor» bildirir ki, bu ilin dördüncü rübündə Rusiya ilə ABŞ arasında toqquşma riski artacaq. Belə ki, Vaşinqton Suriyada sünni döyüşçüləri silahlandırmağı artıraraq Moskva ilə dialoq yolunu gündəmdən çıxaracaq: «Suriyadakı vəziyyətə regionun digər oyunçularının da təsiri olacaq.
Türk ordusunun döyüş meydanına daxil olması vəziyyyəti bir az da mürəkkəbləşdirəcək. Türk ordusu ABŞ-ın himayəsi altında cənuba tərəf irəliləyərək Rusiya ilə toqquşma riskini azaltmağa çalışacaq.
Vaşinqtonun Fars körfəzindəki müttəfiqləri isə bu ərəfədə İrana qarşı öz oyunlarını oynamış olacaqlar. Onlar ABŞ-la Rusiyanın ziddiyyətləri üzərində oyun qurmaq və öz sünni məzhəbdaşlarını gücləndirmək istəyirlər».
Gültəkin