“Əgər eşitsəniz ki, bir tanışınız uşaqlarının təhsili, ailəsindəki xəstənin müalicəsi və əsgərlikdəki oğluna sovqat üçün nəzərdə tutulan pulları götürüb, gedib xaricdə hansısa idman yarışına baxmağa, ona hörmət edərsiniz? Həmin tanışınızı avara saymazsınız? Dövlət də böyük ailədir. Dövlət büdcəsi də bu böyük ailənin büdcəsidir. Büdcənin necə idarə olunması ölkəni idarə edənləri gözəl xarakterizə edir. İndi bu ölkəni idarə edənlər dövlətin hərbi xərclərini, səhiyyə, sosial, elm xərclərini kəsiblər ki, gələn il ölkədə İslam Oyunları və “Formula 1” yarışları keçirsinlər. Bir daha bildinizmi, bizi necə hökumət idarə edir?”
Bu sözləri özünün facebook səhifəsində AXCP sədri Əli Kərimli yazıb. Əli Kərimli bu qeydlərinə videoçıxışını da əlavə edib. Həmin videonu təqdim edirik: