Bakıda “Peugeot” markalı avtomobil yanıb. FHN-in saytının məlumatına görə, Yasamal rayonunda vətəndaşa məxsus “Peugeot” markalı minik avtomobilinin qabaq təkərləri, mühərrikin yanar hissələri, idarəetmə lövhəsi və salonun üzlük hissəsi qismən yanıb, qabaq oturacaqlar qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.