“Üç çinar” Qaçqın İstehsalat Kombinatı ləğv olunduğunu elan edib. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata əsasən, öz tələblərini irəli sürmək üçün kreditorlara 2 ay vaxt verilib.
Qeyd edək ki, kreditorlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinə bildirə bilərlər.