2016-cı ilin birinci yarısında Azərbaycana ümumilikdə $2 mln. 970,1 min dəyərində avtobus idxal edilib, bu isə 2015-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 49,8 dəfə azdır. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə cəmi 39 ədəd avtobus (azalma 15,1 dəfə) idxal olunub.
Bundan başqa, cari ilin birinci yarısında Azərbaycana $4 mln. 959,3 min dəyərində (azalma 68,2%) 252 ədəd yük avtomobili (azalma 77,6 dəfə) idxal edilib.
2016-cı ilin yanvar-iyun aylarında ölkəyə 2,222 min ədəd minik avtomobili idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,9% azdır.