Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) monitorinq qrupu İctimai Palatanın bu gün keçirəcəyi mitinqdə hüquq-mühafizə orqanlarının fəaliyyətini müşahidə edəcək. Bu barədə milaz.info portalına ATMİA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, monitorinq qrupunun əsas diqqəti hüquq-mühafizə orqanları təmsilçilərinin, xüsusilə də polislərin mitinq iştirakçılarının təhlükəsizliklərini necə təmin etmələrinə, davranışlarına, idarəetmə səviyyəsinə yönəldiləcək.
Qeyd edək ki, Bakı Şəhəri İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq saat 16.00-18.00-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki stadionda keçiriləcək.