Aprelin 4-ü və 5-ndə aksiya keçirən Kür daşqınlarından əziyyət çəkən Sabirabad rayonu Minbaşı kəndinin icra nümayəndəsi Bəybala İsgəndərov işdən çıxarılıb.
Məlumata görə, aprelin 5-də baş verən kütləvi etiraz aksiyasından sonra Sabirabad Rayon İcra Hakimiyyətinə çağrılan icra nümayəndəsinə deyilib ki, ərizəni yaz, vəziyyət gərgindir. Xəbəri işdən çıxarılan icra nümayəndəsinin oğlu Vüsal İsgəndərov da təsdiqləyib (“Yeni Müsavat”).