Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş əməkdaşları ilə bağlı istintaq hərəkətləri davam edir. Gununsesi.info-nun xəbərinə görə, hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevin cinayət işi üzrə sabiq nazir müavini Hilal Əsədovun ifadəsi alınıb. İstintaqçılar sabiq nazir müavinindən MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. Hilal Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.
Xatırladaq ki, Hilal Əsədov da hazırda keçmiş nazir Eldar Mahmudov kimi azadlıqdadır.