Türk Lirəsi, beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor’s-un (S&P), keçən həftəki uğursuz dövlət çevrilişi təşəbbüsünün siyasi riski artıracağı narahatçılıqları ilə Türkiyənin kredit reytinqini aşağı salması və Nazirlər Kabinetinin 3 aylıq bir müddət üçün fövqəladə hal elan etməsinin ardından ardıcıl rekord səviyyələrə geriləyib.
“Marja” xəbər verir ki, Türk Lirəsi Çərşənbə günü gecə saatlarında dollar qarşısında 3.0973 səviyyəsinə qədər çıxaraq tarixinin ən yüksək səviyyəsini görəndən sonra, səhər saatlarında 3.0820 səviyyələrinə toparlanıb.
Türkiyə şirkətlərinin səhmləri dünən son üç ildə ən kəskin şəkildə ucuzlaşıb, istiqrazlar da sərt düşüb. Bunun nəticəsində, 10 illiik istiqrazların faizi May ayından bu yana ən yüksək səviyyəsinə qalxıb.