Azərbaycanda magistratura səviyyəsinə qəbul olunan bakalavrların ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından(TQDK) verilən məlumata görə, qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib.
730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızdır.
“Azadlıq” olaraq qeyd edirik ki, bakalavrların magistraturadan imtinası, daha çox, ödənişlərin yüksək olması ilə bağlıdır.