Endrus hərbi bazasında atışma xəbəri yalan çıxıb. Məlumata görə, iyunun 30-da bazada hərbi təlib keçirilib. Lakin bazanın bəzi əməkdaşları bundan xəbərsiz olub. Nəticədə atışma səsi eşidilən kimi həyacan təbili çalınıb.
***
ABŞ-ın Maryland əyalətində yerləşən Joint Base Endrus hərbi bazasına bir nəfərin silahlı hücum etdiyi haqda xəbər yayılıb. Bu haqda Reuters agentliyinə müdafiyə nazirliyinin səlahiyyətlisi məlumat verib. Hərbçilər əvvəlcə silahlı şəxsin manevr etdiyini düşünsələr də, sonradan vəziyyət ciddiləşib. Hazırda hadisənin yaşandığı hərbi baza personalına, olduğları binalardan çölə çıxmamaları tapşırılıb.
Baza ABŞ rəhbərliyini daşıyan Air Force One təyyarəsinin yerləşdiyi bazadır. Hərbi baza, Ağ Ev-dən təxminən 24 kilometr aralıda yerləşir.
Bura Barak Obamanın mütamadi olaraq golf oynadığı hərbi baza kimi də tanınır.
ABŞ prezidenti Obama dünən bu bazanı ziyarət edib