Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.
Midyat rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 1 əsgər və 2 kənd mühafizəçisi ölüb, 9 nəfər yaralanıb.
Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.
(apa)