Əfqanıstanın kəşfiyyat agentliyi Taliban lideri Molla Mənsurun öldüyünü təsdiqləyib. Milli təhlükəsizlik idarəsi bildirib ki, Mənsur mayın 21-də başqa yaraqlılarla nəqliyyat vasitəsində Pakistanın Bəlucistan əyalətinə doğru hərəkət edirmiş .
Mayın 22-də Pentaqon Molla Mənsurun pilotsuz təyyarədən vurulan zərbə nəticəsində Pakistanla sərhəddə öldüyünü ehtimal edən xəbər yaymışdı.
Pakistanın kəşfiyyat əməkdaşları havadan hücum zamanı iki nəfərin öldüyünü, onların cəsədinin yanğın nəticəsində tanınmaz hala düşdüyünü bildirmişdilər.
Moll Mənsur 2015-ci ilin iyulundan, Taliban lideri Molla Məhəmməd Ömərin ölüm xəbəri təsdiqləndikdən sonra talibanlara başçılıq edirdi.