Qırğızıstanda bir qrup parlament üzvünün kabineti korrupsiyada ittuham etməsi Baş nazir Temir Sarıyevin istefası ilə nəticələnib. Sarıyev istefasının səbəbinə aydınlıq gətirərək bildirib ki, hökumətlə bağlı gəzən şaiyələr, dedi-qodular kabinetin fəaliyyətinə çox pis təsir göstərib. “Yaranmış vəziyyətdən çıxış yolunu istefa verməkdə görürəm”- deyə baş nazir bildirib.
Qırğızıstan prezidentinin mətbuat xidmətindən Almazbek Atanbayevin onun istefasını qəbul etdiyi bildirilib.