Vətən torpaqları uğrunda qəhrəmancasına həlak olanlar arasında Naftalan şəhərindən də şəhid var.
Bu, 1979-cu il təvəllüdlü kapitan Vaqif Dilqəm oğlu Bayramovdur.
V.Bayramov Tərtərin Talış kəndi istiqamətində qəhrəmancasına şəhid olub.
Verilən məlumata görə, o, döyüş meydanında qalan yaralı yoldaşlarını mövqelərimizə çatdırdıqdan sonra, geriyə yox, irəli gedib və təəssüf ki, düşmənin gülləsinə tuş gəlib.
V.Bayramov bu gün böyüyüb boya-başa çatdığı Naftalan şəhər qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, V.Bayramovun qardaşı Mehman Bayramov da şəhiddir.
O, 24 il öncə, 1992-ci il iyul ayının 1-də Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Allah rəhmət etsin!