Dünya Bankı, Rusiyaya dair yayımladığı hesabatında qlobal neft qiymətlərinə dair proqnozlarına da yer verib.
“Marja” xəbər verir ki, bu ili neftin orta qiymətinin 30 dollar/barel səviyyəsinə düşməsi ehtimalını istisna etmədiklərini bildirən Dünya Bankı, 2016-cı il üçün orta qiymət gözləntisini 53 dollar/bareldən 37 dollar/barel səviyyəsinə endirib.
2017-ci ildə orta qiymətin 48 dollar/barelə yüksələcəyini proqnozlaşdıran Bank, 2018-ci il üçün orta qiymət proqnozunu isə 51,4 dollar/barel olaraq təxmin edib.
Dünya Bankının bədbin ssenaridə 2016, 2017 və 2018 üçün orta qiymət proqnozlarını 30, 40 və 45 dollar/barel olaraq verərkən, nikbin ssenaridə isə qiymətin 2016-da 50, 2017-də 53 və 2018-də 55 dollar/barel olacağını təxmin edib.
Dünya Bankının iqtisadçısı Birgit Hansl, OPEC üzvü və üzvü olmayan istehsalçıların 17 Apreldə Dohada keçirəcəkləri görüşdən istehsalın dondurulması istiqamətində bir qərar çıxmasının da neft qiymətlərində böyük bir artım yaratmayacağını qeyd edib.