Türkiyə prezidenti Ərdoğan ABŞ-da keçiriləcək nüvə sammitində prezident Barak Obama ilə görüşəcəyini açıqlayıb. Ərdoğan eyni zamanda, sammitin gedişi zamanı digər liderlərlə görüşəcəyini də bildirib:
ABŞ-a səfərim zamanı bir çox liderlə danışıqlar aparacağam. Hörmətli Obama ilə də görüşüm nəzərdə tutlur. Necə G-20 sammitində görüşümüz olmuşdu, eyni şəkildə orada da olacaq. ABŞ-a Obama ilə ikitərəfli görüş üçün yox, nüvə sammitində iştirak üçün dəvət almışıq. Lakin bizim onunla Vaşinqtonda ikili görüşümüz olacaq. Amma bu görüş nə qədər sürər, onu bilmirəm. Bu, görüşün gündəmindən və yığıncağın gedişindən asılı məsələdir.
Aydın Taş