Martın 22-də Brüsselin beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb. Belçikanın RTBF telekanalının yaydığı məlumata görə, Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.
Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim Əl Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.