Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Bu gün daha iki qarşılaşma keçirilib.
“Mançester Siti” evdə “Dinamo” (Kiyev) klubunu qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn “şəhərlilər” cütün favoriti hesab olunurdu. Təkrar oyunda tərəflər qol vurmayıb və bu nəticə Mançester klubunu növbəti mərhələyə keçirdi.
Digər oyun Madriddə oldu. Burada “Atletiko” PSV-ni sınağa çəkib. İlk görüşdə olduğu kimi təkrar oyunda da qolsuz bərabərlik qeydə alındı. Əsas və əlavə vaxtda hesab açılmadığından qalıb penaltilər seriyasında müəyyən edildi. Burda isə “Atletiko” oyunçuları daha dəqiq oldu.
“Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna) – 0:0
İlk oyun – 3:1
“Atletiko” (Madrid, İspaniya) – PSV (Hollandiya)- 0:0 (penaltilər seriyası – 8:7)
İlk oyun – 0:0