Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin üzrə məhkəmə prosesi keçirilib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə bildirilib ki, ilkin qərardan şikayəti vermə müddəti bitmədiyi üçün proses təxirə salınıb.
Təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev müdafiə etdiyi şəxslə məsləhətləşdikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti verə biləcəklərini qeyd edib.
Məhkəmə prosesi martın 16- a qalıb.