Universitetin professoru ölüb, 2 nəfər yaralanıb
Bu gün səhər saatlarında Tehranda universitet yaxınlığında avtomobil partladılıb. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Partladılan avtomobil universitetin binası qarşısındakı meydanda saxlanılıbmış. Partlayışın gücündən avtomobil göyə uçub.
Ölən şəxs Tehran Universitetinin professoru Mustafa Əhmədidir. Partlayışa görə hələ heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Şahidlərin sözünə görə, bombanı maşının altına naməlum şəxs qoyub. O hadisə yerinə motosikletdə gəlib.
Son məlumata görə, öldürülən Mustafa Əhməd Tehran Texniki Universitetində çalışıb və nüvə alımı olub. Onun İsfahandakı zavodda uranın zənginləşdirilməsi layihəsi üzərində çalışdığı bildirilir. Güman edildiyinə görə, onun öldürülməsi professional fəaliyyəti ilə bağlı olub.
Qətl daha bir atom mütəxəssisi Məcid Şəhriyarinin qətlinin ikinci ildönümündə həyata keçirilib. Qeyd edək ki, Şəhriyari 2010-cu il yanvarın 11-də öldürülmüşdü. İran hakimiyyəti qətllərin arxasında İsrail kəşfiyyatının durduğunu bəyan edir.