Özünü yandıran şəxsin banka borcunun olduğu bildirilir
Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı şəhər klinik xəstəıxanasının Yanıq Mərkəzində vəfat edib.
Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.