BMT silahların susacağına əmin deyil
Əsəd aprel ayına seçki təyin etdi, müxalifət qarşı çıxdı
Aylardır davam edən müzakirələrdən sonra nəhayət Suriyada atəşkəsin elan edilməsinə dair razılıq əldə olunub. Atəşkəslə bağlı saziş layihəsi Rusiya və ABŞ tərəfindən imzalanıb. “Reuters” agentliyinin xəbərinə görə, atəşkəs fevralın 27-dən qüvvəyə minəcək. Layihədən IŞID və “Ən-Nüsra Cəbhəsi”nin adları çıxarılıb. Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.
Obama ilə Putin nədən danışdı?
Atəşkəsə dair saziş Rusiya ilə ABŞ prezidentlərinin son telefon söhbətində də müzakirə mövzusu olub. Bunu Rusiya prezidenti Vladimir Putinÿ “Rusiya 24” telekanalında çıxış edərkən bəyan edib. Onun sözlərinə görə, Suriyadakı bütün münaqişə tərəfləri fevralın 26-dək atəşkəs rejiminə sadiq qalacaqlarını təsdiq etməlidirlər: “Razılaşma qüvvəyə mindikdən sonraÿ IŞID-ə qarşı havaÿəməliyyatları davam etdiriləcək. Atəşkəs rejimi ilə bağlı Rusiya tərəfiÿSuriya ÿhökuməti ilə zəruri işlər görəcək. Ümidvarıq ki, ABŞ rəhbərliyi öz növbəsində dəstək göstərdiyi qruplaşmalara qarşı analoji addım atacaq”.
Putin onu da bildirib ki, Rusiya və ABŞ-ın Suriya ÿmünaqişəsinin nizamlanmasında gördükləri birgə işlər terrorizmlə mübarizə sahəsində bütün dünya üçün nümunə ola bilər.ÿÿ
Suriya razılıq verdi, Türkiyə dəstəklədi
Suriya hökuməti və əsas müxalifət qruplaşmaları ABŞ-Rusiya sülh planını qəbul edib və şənbə günündən atəşkəsə əməl olunmasına razılıq verib. Hökumətin bildirdiyinə görə, plana uyğun olaraq döyüşlər dayandırılacaq. Lakin müxalifət bildirib ki, atəşkəsi yalnız dinc sakinlərə qarşı mühasirə və hücumların dayandırılması şərtilə qəbul edir. O da bildirilib ki, razılıq Suriyadakı iki böyük cihadçı qruplaşmaya – IŞID-ə və “Əl-Qaidə”nin bir qolu olan “Ən-Nüsra Cəbhəsi”nə aid edilməyəcək. BMT etiraf edib ki, planı həyata keçirmək çətin olacaq. Qeyd edək ki, Suriyada beş ildir davam edən müharibədə 250 mindən çox insan həlak olub, 11 milyon adam isə evlərindən didərgin düşüb. ABŞ və Rusiyanın Moskvada açıqladığı razılaşmaya görə, Suriya hökuməti və müxalifət cümə günü günorta saatlarına qədər atəşkəsə əməl edib-etməyəcəklərini bildirməli idilər.
Suriyada atəşkəs rejiminə dair sazişi Türkiyə də dəstəkləyib.
“Reuters”in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib: “Düşünürük ki, atəşkəsə nail olmaq mümkündür. Ümid edirik ki, əvvəlki anlaşmalardan fərqli olaraq, bu razılaşmaya əməl olunacaq”.
Bununla belə, hökumət rəsmisi deyib ki, Türkiyə öz sərhədlərini hər hansı təhdidlərdən qorumaq hüququnu özündə saxlayır.
Əsəddən seçki fərmanı
Suriya prezidenti Bəşər Əsəd ölkədə parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, seçkilər aprelin 13-də keçiriləcək. Suriya parlament seçkiləri dörd ildən bir keçirilir. Son dəfə bu seçkilər 2012-ci il mayın 7-də keçirilib.
Suriya müxalifəti prezident Əsədin aprelin 13-nə ölkədə parlament seçkiləri təyin etməsinə qarşı çıxıb.
ÿ”Əl-Ərəbiyə” telekanalına müsahibəsində Danışıqlar üzrə Ali Komitənin nümayəndəsi Hasan Ağa bildirib ki, hakimiyyətin savaş yolu ilə qorunduğu ölkədə seçkinin keçirilməsi mümkün deyil.
Britaniyadan kürdlərə ittiham
Britaniyanın xarici işlər naziri Filip Hammond isə bildiribÿki, son həftələrdə London Suriya ordusu, kürdrlər və Rusiya aviaqrupunun qorxulu əlaqələrini görüb. Kürdlərin bu koordinasiyada rolu ölkə rəhbərliyini narahat edir. “Reuters”in məlumatına görə, nazir bunu parlamentdə çıxışı zamanı bəyan edib: “Son həftələrdə Suriya kürdləri, Əsəd rejimi və Rusiya aviaqrupu arasında təhlükəli koordinasiyanın şahidi olmuşuq. Kürdlərin buradakı rolu bizi ciddi narahat edir”.
Bu arada, Türkiyə Ankaranın Suriyaya quru qoşunları göndərəcəyi ilə bağlı xəbərlərə növbəti dəfə reaksiya verib.
“Ankara Suriyaya qoşun göndərməyəcək”
Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Suriyaya quru qoşunları yeritmək istəməsi haqqında deyilənlər manipulyasiyadır. Italiya xarici işlər naziri Paolo Gentiloni ilə keçirdiyi görüşdən sonra keçirdiyi mətbuat konfransında Çavuşoğlu onu da bildirib ki, Türkiyə heç vaxt təkbaşına, ya da başqa bir ölkə ilə ikitərəfli bir əməliyyat keçirmək barədə düşünməyib:ÿ “Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya hərbi müdaxilə edəcəyimiz barədə iddialar var. Bu iddialar necə ortaya çıxıb? Səudiyyə Ərəbistanı da, bəzi Avropa dövlətləri də quru əməliyyatının şərt olduğunu deyirdilər. Amma əsgər göndərmək istəməyən ölkələr də var idi. Biz “ÿantiterror ittifaqı” yaratmış 65 ölkə IŞID-ə qarşı başqa terror təşkilatlarını gücləndirmək əvəzinə, onların hamısıyla birgə mübarizə apara və bütün terrorçuları birlikdə yox edə bilərik”.
Səudiyyə Ərəbistanı ilə Türkiyənin Suriyada birgə əməliyyat keçirmək istəməsinə gəlincə, Çavuşoğlu bunun heç vaxt gündəmdə olmadığını qeyd edib: “Gündəmimizdə belə bir şey olmayıb. Çox açıq bəyan edirik – quru əməliyyatı olacaqsa, bu ÿbütün ölkələrlə birlikdə həyata keçiriləcək”.