Sabirabad rayonunda yolun kənarında körpə uşaq tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb və yaşadığı evə aparıb. O, fevralın 4-də uşağı Sabirabad RPŞ-yə təhvil verib.
Araşdırma aparılır. (Lent.az)