“As-Sumariya” telekanalının yaydığı məlumata görə, İraq ordusunun atəş zərbəsi nəticəsində Ənbar vilayətinin ərazisində İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadinin qardaşı oğlu məhv edilib.
Telekanal Əl-Xalidiyə şəhərinin Ədliyyə şurasının rəıhbərinə istinadla bildirir ki, İraq hərbi aviasiyası bu rayonda yerləşən “şəriət məhkəməsi”nin binasını darmadağın edib.
“Bombardman nəticəsində Əbu Əhməd əs-Samrayi — Əbubəkr əl-Bağdadinin qardaşı oğlu və onu müşayiət edən səkkiz nəfər terrorçu məhv edilib”, – mənbə belə bildirib. (Virtualaz.org)