Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey Narışkin Dövlət Dumasının sədri seçilib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, aşağı palatanın bu gün keçirilən iclasında bu posta seçilib.
Sergey Narışkinin namizədliyini yalnız Vahid Rusiya Partiyasının deputatları dəstəkləyib. Amma 238 deputat səs onun seçilməsi üçün kifayət edib. Çünki Dumanın spikerinin seçilməsi üçün sadə səs çoxluğu tələb olunur. Dövlət Dumasında 450 deputat yeri var.