Moskvada hakim “Vahid Rusiya“ partiyasının ofislərindən biri naməlum şəxslərin hücumuna məruz qalıb.
Teleqraf.az “İnterfaks”a istinadən xəbər verir ki, ofisin pəncərələri sındırlıb, divarlara isə partiya rəhbərliyinin ünvanına təhqiredici ifadələr yazılıb.
Hadisə ilə bağlı polis araşdırma aparsa da hücum edən şəxslərin kimliyinə aydınlıq gətirmək hələlik mümkün olmayıb. Novoqireyevo rayon polis bölməsindən bildirilib ki, ərazidə təhlükəsizlik kameraları olmadığından və hadisə gecə vaxtı baş verdiyindən axtarışların tezliklə nəticə verəcəyinə inam azdır.